RAM markası gələcək elektrik pikapının yeni tizerlərini dərc edib. Yeni tizerlər əvvəl göstərilənlərdən nəzərəçarpacaq dərəcədə fərqlənirlər. Bu şəkillərdə pikapın ön və arxa tərəfləri başqa şəkildə tərtib edilib və hətta nisbətləri də dəyişib.

Əvvəlki tizerlərdə RAM elektrik pikapı futuristik görünüşə malik idi, yeni eskizlərdəki avtomobil barədə bunu söyləmək olmaz. Məsələn, pikap ön tərəf boyu uzanan işıqlanan zolaqdan məhrum edilib - onun əvəzinə ikizolaqlı gündüz hərəkət işıqları peyda olub.

Üstəlik, kuzovun nisbətləri və arxa fənərlərin konfiqurasiyası dəyişdirilib. Çox güman ki, bu son dizayn variantı deyil və rəsmi təqdimata kimi ona yenidən baxılacaq.

Xatırladaq ki, Ram 1500 BEV elektrik pikapının təqdimatı 2024-cü ildə baş tutmalıdır. Adındakı indeksə baxmayaraq, elektrik pikapının indiki daxili yanma mühərrikli Ram pikapı ilə bağlı olmayacaq və dizayn cəhətdən ondan ciddi şəkildə fərqlənəcəkdir.

Söhbət rama konstruksiyasından, lakin Stellantis ittifaqının prinsipcə yeni STLA Frame platformasından gedir. Bu platforma 159-200 kilovat-saatlıq batareyaların quraşdırılmasına hesablanıb, ən uzunmənzilli variant cərəyan yükləmədən 800 kilometr məsafə qət edə biləcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.