2021-ci model ilinin 707 at qüvvəli Ram Rebel TRX pikapı Dodge və Jeep markalarının fərqli modellərindən götürülmüş bir sıra sistem və hissələrini əldə edəcəkdir.
«Allpar» nəşrinə bildirdiyinə görə, yeni Ram Rebel TRX modeli tənzimlənən asqıya sahib olacaqdır - hələlik asqının pnevmobalonlar, yoxsa adaptiv amortizatorlar ilə təchiz ediləcəyi məlum deyil. Sükanının tənzimlənə bilən elektrik gücləndiricisi pikapı müxtəlif səviyyələrdə əks əlaqə və sükan gücü ilə təmin edəcəkdir. Bundan əlavə, pikap Jeep Grand Cherokee Trackhawk modelindən götürülmüş hərəkət rejimlərinin seçilməsi sistemini əldə edəcəkdir. Bu isə, stabilliyə nəzarət sisteminin, akselerator həssaslığının, ötürmələr alqoritmi və bir sıra digər sistemlər tənizmlənən olacaqdırlar.
«Bərkgedən» pikap Dodge Challenger və Charger SRT Hellcat idman avtomobillərindən mexaniki kompressoru olan 6,2-litrlik V8 mühərrikini alacaqdır. Güc aqreqatının 707 at qüvvəsi hasil edəcəyi gözlənilir, lakin pikapın bir qədər zəif versiyalara malik ola biləcəyi də istisna edilmir. Ram Rebel TRX modelinin təqdimatı bu ilin ikinci yarısında baş tutmalıdır. Pikapın əsas rəqibi Ford Raptor modelidir.