RAM şirkəti ən yeni elektrik pikapının seriya versiyasını təqdim edib. RAM 1500 REV pikapının eksteryeri və interyeri "Superboul" reklamında açıqlanıb, lakin onun texniki xüsusiyyətləri hələ də açıqlanmayıb.
Ön panelin ümumi nisbətlərinə və dizaynına nəzər salsaq, yeni elektrik pikapının cari yanacaqlı 1500 modelinin dərin reinjinirinqi olduğunu söyləmək mümkündür. İstehsalın başlanmasına bir ildən çox müddət qalasa da, 100 dollarlıq geri qaytarılan depozit qarşılığında elektrik pikpaına sifarişlər qəbul edilir.
RAM 1500 REV pikapı bir ay bundan əvvəl nümayiş etdirilmiş eyniadlı konseptə tam şəkildə oxşamır. Kiçik şüşələnmə səthi və uzadılmış yük platforması olan ümumi form-faktor dəyişdirilib, güzgülər, qapı tutacaqları, təkər diskləri və işıqlandırma texnikası sadələşdirlib. Əslində, seriya modelini prototiplə yalnız LED fənərlərin xarakterik forması bağlayır.
Amerikalı jurnalistlər Ram 1500 REV elektromobilinin əksərən benzin variantı ilə unifikasiya olunduğunu iddia edirlər: buna oxşar gövdə panelləri dəlalət edir. Ən güclü oxşarlıq yan tərəfdə və interyerdə özünü büruzə verir: portret yönümlü ekranı olan ön panel və hava kanallarının arxitekturası donora işarə edir.
Bununla belə, RAM nümayəndələri elektrik pikapını "tamamilə yeni" adlandırırlar və onun əsas xüsusiyyətlərinə (yürüş məsafəsi, faydalı yük, yedəkləmə qabiliyyəti və batareyanı doldurma müddəti) görə rəqiblərini üstələyəcəyini bildirirlər.
Daha əvvəl, RAM şirkətindən elektrik pikapının çərçivəli elektromobillər üçün xüsusi olaraq yaradılan STLA Frame "yük" platformasında inşa edilan ilk avtomobil olacağını bildirmişdilər. Gözlənilən yürüş ehtiyatı 500 mildən (800 kilometr) çox olmalıdır, 100 mil (160 kilometr) yürüş məsafəsinə kifayət edəcək cərəyanı cəmi on dəqiqə ərzində doldurmaq mümkün olacaqdır.
Yedəkləmə qabiliyyətinə gəldikdə, oreyentir olaraq 14 min funt (6350 kiloqram) göstərici ilə Tesla Cybertruck pikapı götürülüb və RAM pikapının bu rekordu qırmağa hazır olduğu görünür.
Stellantis konserni bir il yarım ərzində elektrik pikapının xüsusiyyətlərini təsdiqləməyi planlaşdırır, çünki konveyer xəttini 2024-cü ildə işə salmaq nəzərdə tutulub. RAM 1500 REV modeli dilerlərin salonlarında gələn ilin sonuna qədər 2025-ci model ilinin pikapı kimi görünəcəkdir. Xatırladaq ki, Ford F-150 Lightning artıq satılır və Chevrolet Silverado EV yazda alıcılara çatdırılacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.