Ram 1500 pikaplarının model cərgəsində Hydro Blue Sport adlı xüsusi modifikasiya peyda olub. Avtomobilin əsas xüsusiyyəti açıq göy rəngə boyanmış kuzovudur.
Yeni pikap Ram modellərinin xüsusi modifikasiyaları seriyasını davam etdirir. Keçən il paraq narıncı, bu il isə burunc və açıq yaşıl rəngli pikap təqdim edilmişdir. Parlaq kuzovdan başqa, xüsusi pikaplar kapotdakı zolarlar, başqa radiator barmaqlığı, “tündləşdirilmiş” fənərlər, emblemlər, qara və ya gümüşü təkər diskləri ilə seçilir. Təkər diskləri ötürmə sistemindən asılı olaraq 20 (tam çəkişli) və 22-düymlük (arxadan çəkişli) ola bilər. Avtomobilin interyeri də mavi elementlərlə bəzədilibdir.
Ram 1500 Hydra Blue Sport modeli 5,7-litrlik səkkiz silindrli mühərriklə təchiz edilir. Cəmi 2000 ədəd xüsusi pikap buraxılacaqdır. Pikapların qiyməti 46 min dollardan başlayır.