RAM markası 1500 REV adlı elektrik pikapının yeni şəkillərini yayımlayıb. Bir ay bundan əvvəl, Stellantis konserninin tərkib hissəsi olan amerikan markası Las Veqasda keçirilən CES 2023 sərgisində 1500 Revolution BEV Concept konseptual pikapını nümayiş etdirmişdi.
İndi isə, istehsalçı elektrik pikapının seriya versiyasının bəzi detallarını nümayiş etdirib. RAM 1500 REV pikapı ilə bağlı təfərrüatlar fevralın 12-də Superkubok zamanı açıqlanacaq, onun istehsalına isə, gələn il başlamaq planlaşdırılır.
RAM 1500 REV modeli yanvarda nümayiş etdirilmiş 1500 Revolution BEV konseptinə əsaslanacaqdır. Brendin baş icraçı direktoru Mayk Koval Cr. onun rəqabətcil və istehlakçıları maraqlan hər bir aspektdə (yürüş məsafəsi, faydalı yük, yedəkləmə qabiliyyəti və batareyanın doldurması vaxtı) heyranedici xarakteristikalara malik olacağını vəd edir.
Dizayna gəlincə, şəkillərdən də göründüyü kimi, “əmtəə” versiyası şou-karla sıx bağlı olacaqdır. RAM 1500 REV bir az dəyişdirilmiş ön optikanı və kiçildilmiş parlaq paneli əldə edəcəkdir. İşıqlandırılan Ram emblemi yerində qalacaq, lakin onun ölçüsü konseptdəkindən daha təvazökar olacaqdır. İkinci tizerdə ikirəngli REV lövhəsi olan çıxıntılı kapotun bir hissəsi göstərilir.
Texniki hissə ilə bağlı hələlik heç bir təfərrüat açıqlanmayıb. Konsept avtomobili 805 kilometrə qədər yürüş məsafəsini təmin edən batareyaya və 350 kilovatlıq terminaldan ultrasürətli enerji doldurma imkanına malik idi. Onun üstünlükləri arasında üçrejimli pnevmatik asqı və uzun yüklərin daşınması üçün transformasiya edilən panelləri olan kuzov da var idi.
Ram 1500 REV pikapının tamdəyərli təqdimatı gələn il baş tutacaqdır. Daha əvvəl Koval Cr. brendin inkişaf vektorunun elektrikləşdirmə istiqamətində dəyişdiyini bildirmişdi. Keçən ilin noyabrında, amerikan istehsalçısı böyük dizel mühərriki olan Ram 1500 pikapına sifarişlərin qəbulunu dayandırmış, 2023-cü ilin yanvarında isə ağır yanacaqla işləyən versiyanı ümumiyyətlə konveyerdən çıxarmışdı. Bununla belə, brendin direktoru elektrik pikapının batareyanı doldurulmaq üçün generator rolunu oynayacaq benzin mühərrikini də alacağını istisna etmir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.