Land Rover şirkəti 1969-cu ildən bu günə qədər Range Rover ofroderinin uğradığı təkamül yolunu əks etdirən videoçarxı yaymışdır. Bir dəqiqə otuz saniyəlik çarxda ofroderin bu günə qədər buraxılmış dörd nəsli də nümayiş etdirilir.
Dəbdəbəli ofroderin təsvirləri müxtəlif illərin avtommobillərinin əsas xüsusiyyətlərini izah edən qısa yazılarla müşayət etdirilir. Misal üçün, keçən əsrin 60-cı illərində istehsal edilmiş Range Rover modelinin ilk nüsxələri “aldadıcı” Velar brendi altında buraxılmışdır. Bu yolla şirkət yeni avtomobilə müəmmalı obraz yaratmaq məqsədini güdürmüş. Ən maraqlısı odur ki, Velar sözü italyan “velare” (“örtük”) sözü ilə həmahəngdir.
Hər halda ingilis istehsalçısının marketoloqları öz məqsədlərinə çatdıqlarını bir daha nümayiş etdirmişlər.
Bundan başqa, videoçarxda Range Rover modelinin ilk nəslində beş qapılı kuzovun və ikitaylı qapının yaranması, ABS sisteminin inteqrasiyası, həmçinin yeni nəsil avtomobilin alüminium kuzovu barədə də qeyd edilmişdir.
Bu gün Range Rover ailəsi üç və beş qapılı Evoque krossoveri, Evoque kabrioleti, “idman” xarakterli Range Rover Sport və bayraqdar Range Rover ofroderi ilə təmsil edilmişdir. Bildiyimiz kimi, sonuncu uzun bazalı variantda da təklif edilir.