Range Rover Sport ilk dəfə Land Rover model çeşidinə 2005-ci ildə qoşulub, lakin JLR konserni modelin ildönümünü yalnız indi xüsusi Twenty Edition nəşrinin buraxılışı ilə qeyd edib. Onun əsas xüsusiyyəti nostaljik boyanma variantıdır.

Yubiley versiyası Black Exterior Pack ilə təchiz edilmiş Range Rover Sport Dynamic SE modifikasiyasına əsaslanır. 23-düymlük gümüşü və ya parlaq qara təkər diskləri əlçatandır, ön qanadlara isə, Twenty nişanları əlavə edilib.

Üç eksteryer rəngi mövcuddur: Ostuni White, Santorini Black, 2004-cü ilin Range Stormer konsept avtomobilinin rrəngini və Range Rover Sport First Edition üçün hazırlanmış Vesuvius Orange çalarını xatırladan Sanguinello Orange.

İnteryerdə qara Windsor dərisi ilə örtülən və ən yüksək səviyyəli Range Rover Sport SV modelindən götürülmüş idman oturacaqları var. Onlar döymə karbondan dekor, tavanın qara zamşadan örtüyü, işıqlandırılan kandar lövhələri və xüsusi buraxılışın mərkəzi konsoldakı loqotipi ilə tamamlanır.

Ön paneldə rəqəmsal cihaz panelinin 13,7-düymlük displeyi və məlumat-əyləncə sisteminin 13,1-düymlük mərkəzi displey var. Bundan başqa, smartfonlar üçün simsiz şarj qurğusu da təchizata daxildir.

Bütün oturacaqlar qızdırılır və havalandırılır, ön oturacaqlarda masaj funksiyası da mövcuddur. Digər xüsusiyyətlər arasında pedalların metaldan örtmələri, qızdırılan sükan, habelə 18 dinamikə və həcmli səsləndirməyə malik olan Meridian 3D audio sistemi var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Alıcılar iki güc aqreqatından birini seçə bilərlər. P540 mülayim hibrid texnologiyasına malik olan 4,4-litrlik V8 biturbo mühərriki 537 at qüvvəsi hasil edir, P550e plagin hibridi isə, 3,0-litrlik altısilindrli mühərrik, 218 at qüvvəli elektrik mühərriki və 38,2 kilovat/saatlıq batareyaya malikdir. Plagin qurğunun ümumi gücü 550 at qüvvəsi, sırf elektrik dartması ilə qət edilən məsafə isə, WLTP dövrünə əsasən 116 kilometr təşkil edir.

Satışlara artıq start verilib: Böyük Britaniyada Range Rover Sport Twenty Edition modelinin qiyməti 115.790 funt sterlinqdən (təxminən 156.600 dollar) başlayır. Yeni model məhdud sayda buraxılacaq, lakin dəqiq rəqəmlər hələlik açıqlanmayıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.