Range Rover Sport modelinin çeşidində Stealth Pack adlı yeni versiya peyda olub və o, məhdud buraxılışlı Range Rover Sport Park City Edition vesiyasının birbaşa əksi kimi görünür. “Stels” ofrouderin görünüşündə tünd çalarlar üstünlük təşkil edir.
Məsələn, ofrouderin kuzovu tutqun qoruyucu örtüyün altındakı tünd boz Carpathian Grey (ilk dəfə təklif olunur) rənginə boyanıb. Dam, nişanlar və bamperdəki örtmələr üçün isə, parlaq qara Narvik Black rəngi seçilib. 23-düymlük təkər diskləri və interyerin bir hissəsi də qara rəngdə olacaq.
İnteryer tərtibatında dəlikli Windsor dərisindən istifadə olunur: qara Ebony və ya ağ Light Cloud. Hər iki variant da tünd sortlardan olan ağacdan hazırlanmış dekorativ örtüklərlə bəzədilir.
Range Rover Sport Stealth Pack ofrouderinin standart təchizatına rəqəmsal Interactive Driver Display cihazlar paneli, 11,4-düymlük sensorlu ekrana və 19 dinamikli 800 vatt gücündə Meridian 3D Surround Sound audio sisteminə malik olan multimedia kompleksi daxildir, onlardan bəziləri tavan örtüyünə inteqrasiya olunub.
Güc aqreqatları çeşidi adi Range Rover Sport ofrouderi üçün təklif edilənlə eynidir. Çeşidə 48 voltluq startyor-generator və səkkiz pilləli “avtomat” ilə tandemdə çalışan Ingenium dizel və benzin “altılıqları”, həmçinin P460e (460 at qüvvəsi) və P550e (550 at qüvvəsi) indekslərinə malik olan hibrid sistemləri daxildir.
Böyük Britaniyada Stealth Pack dəstinin qiyməti 11,235 funt sterlinq (24 130 manat) təşkil edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.