Range Rover Sport SVR ofroderi Çindəki Tyanmen dağına gedən yolu Ferrari 458 Italia superkarından yeyin qət edib. Yürüşün videoçarxı Land Rover markasının YouTube kanalında dərc olunub.
Range Rover Sport SVR modelini “Le Manın 24 saatı” marafonunda LMP2 kateqoriyasında qalib gəlmiş çinli pilot Ho-Pin Tunq idarə edib. O, zirvəyə qalxmaq üçün 11,3 kilometr keçmiş və 99 döngəni qət etmişdir. Bu yürüşə Ho-Pin Tunq 9 dəqiqə 51 saniyə sərf edib. Avtomobilin ortalama sürəti 68,8 km/saat təşkil edib. Ferrari 458 Italia bu işə 10 dəqiqə 31 saniyə sərf edib.
“Mən yüksək yarış sürətlərinə öyrənmişəm, lakin buradakı 99 döngənin hər biri unikal xarakter daşıyır. Ən böyük problem konsentrasiyanı qoruyub-saxlamaq idi, çünki yol daima qıvrılır və hər tərəfdə uçurum mövcuddur”, - Tunq bildirib.
Bundan öncə, Ho-Pin Tunq hibrid Range Rover Sport ofroderində elə Tyanmen dağındakı “Səma qapıları” adkanan alaqapılarına qalxıb.
Bunun üçün o, 45 dərəcəlik qalxma bucağı və 999 pilləyə malik olan pilləkəni qət edib.