Land Rover şirkəti 2021-ci il model ilinin Range Rover Velar krossoverini təqdim edib. Yeniliklər arasında Ingenium ailəsindən olan üç yeni mühərrik, müasir Pivi multimedia sistemi, Edition xüsusi versiyası və rahatlıq səviyyəsini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş bir sıra yeni sistemlər vardır.
Velar modelinin mühərrik çeşidinin zirvəsində kəmərli ötürməsi olan startyor-generator ilə təchiz edilən P400 benzin mühərriki durur. Mühərrikin hasilatı 400 at qüvvəsi təşkil edir ki, bu da, əvvəlki P340 mühərrikində olduğundan 20 at qüvvəsi çoxdur. Mühərrikin fırlanma anı 550 Nm təşkil edir. Belə mühərrikə malik olan yenilənmiş Velar modeli 100 km/saat həddinə 5,5 saniyəyə (- 0,2 saniyə) sürətlənir.
Eyni zamanda, 300 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən D300 dizel mühərriki də mövcuddur. Dizel krossover 100 km/saat həddinə 6.5 saniyəyə sürətləndir və 100 kilometrə 7.4 litr yanacaq sərf edir. Üçüncü mühərrik199 at qüvvəsinə malik olan D200 dördsilindrli turbodizelidir. Bu mühərriki əvvəlki 180 at qüvvəli mühərrikdən nəinki səmərəliliyi, həm də aşağı CO₂ emissiyası ilə fərqlənir.
Yenilənmiş mühərrik çeşidi ilə yanaşı, Range Rover Velar modeli əvvəl Discovery Sport və Evoque modellərində quraşdırılan qabaqcıl Pivi və Pivi Pro məlumat əyləncə sistemini (S versiyası və yuxarı) də alıbdır. Sistem sürətli reaksiyası olan sensorlu ekranı ilə təchiz olunmuş, hava üzərindən yenilənə bilər. Bununla yanaşı, multimedia sistemi Bluetooth ilə eyni zamanda iki smartfona qoşula bilər və quraşdırılmış Spotify tətbiqinə malikdir.
Salonda yeni çoxfunksiyalı sükan, transmissitanın “şaybasını” əvəzləmiş fərqli selektoru və şirkətin “bir cüt yüksək keyfiyyətli səs-küy boğma funksiyası olan qulaqlıq” ilə müqayisə etdiyi Active Road Noise Cancellation aktiv səs-küy boğma sistemi peyda olub. Bu sistem səs-küy səviyyəsini ən azı dörd desibel azaldır. Bundan başqa, krossover ionlaşma funksiyası ilə bərabər işləyən yeni filtrasiya sistemini alıb. Sistem tozcuqları, 2,5 mikron ölçüsündə sərt xırda hissəcikləri və alergenləri süzə bilir.
Yeniləmə ilə yanaşı Land Rover şirkəti seçilən qara dama, 20-düymlük qara rəngli disklərinə və xüsusi kuzov rənglərinə malik olan Range Rover Velar Edition xüsusi versiyasını da hazırlayıb.