Range Rover Velar krossoverinin ilk modernləşdirilməsi iki il yarım bundan əvvəl keçirilib. İlk modernizasiya yalnız texniki hissəyə və interyerə təsir edib. O zaman dizaynerlər modelin xarakterik görünüşünü dəyişdirməyə cəsarət etməyiblər. İndi isə, eksteryerdəki dəyişikliklərin vaxt gəlib çatıb: 6-illik istehsaldan sonra Velar yenilənmiş dizayna sahib olub. Bununla belə, o 100% tanınandır.
Yeni matrisa fənərlərin hər birində yaxın və uzun şüalara cavabdeh olan 67 LED, habelə sadə gündüz hərəkət işıqları var. Uzun işıqlar rejimində belə fənərlər demək olar ki, yarım kilometrə qədər məsafəni işıqlandırırlar. Lakin onlar yuyuculardan məhrum ediliblər. Radiator barmaqlığı da dəyişdirilib, arxa tərəfdə isə fənərlərin fərqli naxışları və bamperin yeni aşağı hissəsi var.
İnteryer "reduksionist dizayn" üslubunda yenidən işlənib. Ön panelin mərkəzində iki ekran və fırlanan düymələr əvəzinə indi Pivi Pro media sisteminin 11,4 düymlük yeganə displeyi var.
Virtual menyularda iqlimə nəzarət sistemi, hərəkət elektronikası və Terrain Response 2 ofroud sisteminin idarə olunması cəmləşdirilib. Konsol və mərkəzi tuneldə ayrıca düymələr yoxdur: burada yalnız “avtomatın” coystiki yerləşir.
Land Rover şirkəti “ekoloji” tərtibat variantlarını genişləndirib: habalı Kvadrat yun parça ilə yanaşı, Ultrafabrics polimer parçasından əlavələri olan yeni kombinasiya da təklif edilir.
Bununla belə, alıcılar dəri ilə tərtibatı seçə bilərlər. Salonun kontur işıqlandırması da genişləndirilib. Təchizat səviyyələrinin çeşidi də azaldılıb: indi çeşidə S, Dynamic SE, Dynamic HSE və Autobiography variantları daxildir.
Texniki təkmilləşdirmədən yalnız Range Rover Velar P400e plagin hibridi keçib. 2,0-litrlik benzin “turbodördlüyünün” və elektrik mühərrikinin dueti əvvəlki kimi 404 at qüvvəsi və 640 Nm hasil edir, lakin dartma batareyasının tutumu 17,1-dən 19,2 kilovat/saata qədər artırılıb.
Elektrik rejimində 53-dən 64 kilometrə qədər artırılıb (WLTP), dolu çən və batareya ilə krossover 684 kilometr məsafə qət edir. Elektrik rejimində maksimal sürət 140 km/saatdır. DC yükləmə cihazının gücü 32-dən 50 kilovata qədər artırılıb.
Benzin və dizel versiyalarının dəsti əvvəlki kimidir. 2,0-litrlik dördsilindrli Ingenium mühərrikləri D200 (204 at qüvvəsi) və P250 (250 at qüvvəsi), 3,0-litrlik sıralı altısilindrli mühərriklər isə D300 (300 at qüvvəsi), P340 (340 at qüvvəsi) və P400 (400 at qüvvəsi) modifikasiyalarında quraşdırılır. Bütün krossoverlərdə səkkiz pilləli “avtomat” və tam ötürmə sistemi var, 48 voltluq startyor-generator isə P250 versiyasından başqa bütün versiyalarda quraşdırılır.
Avropada yenilənmiş Range Rover Velar modelinə sifarişlər artıq qəbul edilir. Məsələn, Almaniyadakı satış qiymətləri 69 600 avrodan, Böyük Britaniyada 54 min funt sterlinqdən başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.