Land Rover şirkəti Böyük Britaniyada Range Rover Velar modelinin R-Dynamic Black adlı xüsusi versiyasına sifarişləri gəbul etməyə başlayıb. «Qara» seriyadan olan krossover 500 nüsxəlik məhdud saylı tirajla buraxılacaq və adi Velar modelindən dekor və standart avadanlıq siyahısı ilə seçiləcəkdir.
Xüsusi versiyadan olan Velar modeli Böyük Britaniyada populyar olan D180 R-Dynamic SE modifikasiyasının əsasında yaradılıb. R-Dynamic Black modeli genişləndirilmiş avadanlıq siyahısına və qara rəngli eksteryer tərtibatına malikdir. Krossover standart olaraq qara rəngli arxa şüşələr, panoram tavan, 21-düymlük parlaq qara rəngli təkər diskləri və elektronika tərəfindən idarələnən amortizatorlar ilə təchiz edilir. Kuzovu iki rəngədən birinə boyamaq olar: qara Santorini Black və boz Eiger Grey. Krossoverin salonu da tünd rənglərdədir.
Range Rover Velar R-Dynamic Black modeli 180 at qüvvəsi və 430 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli dizel aqreqatı və 8-pilləli «avtomat» ilə təchiz edilib. «Qara» krossover yerindən 100 km/saat həddinə 8,9 saniyəyə sürətlənir. Modelin maksimal sürəti 209 km/saatdır. Xüsusi versiyadan olan Velar modelinin qiyməti 56.995 funt sterlinq təşkil edir.