Land Rover şirkəti 2021-ci model ilin Range Rover modeli və onun yeni xüsusi versiyaları - Westminster, Westminster Black və SVAutobiography Dynamic Black modifikasiyaları haqqında məlumatla paylaşıb. Bundan əlavə, modelin yarım əsrlik ildönümünə həsr olunmuş Fifty seriyası satışa çıxacaqdır. Range Rover Fifty 1970 nüsxədə buraxılacaqdır.
Vogue konfiqurasiyasına əsaslanan Westminster Edition və Westminster Black modellərini adi ofrouderlərdən qara dekor elementləri ilə seçilir. Bundan əlavə, Westminster variantı standart olaraq 21-düymlük Style 7001 təkər diskləri, Westminster Black modifikasiyası isə, 21 və 22-düymlük 9-qollu qara təkər diskləri ilə təchiz ediləcəkdir.
Range Rover Fifty
SVAutobiography Dynamic Black modeli, öz növbəsində, tamamilə qara üslubdadır: nəinki təkər diskləri, hətta əyləc supportları da qara rəngə boyanıblar. Belə Range Rover 565 at qüvvəli 5,0-litrlik V8 mühərriki ilə təchiz olunmuşdur və yerindən 100 km/saat həddinə 5,4 saniyəyə sürətlənir.
Məhdud tirajlı Range Rover Fifty modeli iki tərtibat variantına malik olan 22-düymlük təkər disklərini və Auric Atlas rəngində hazırlanmış salonu əldə edəcəkdir. Xüsusi versiyanı şirkətin baş dizayneri Cerri MakQovern tərəfindən hazırlanmış Fifty emblemi sayıəsində tanımaq olar.
Range Rover SVAutobiography Dynamic Black
Range Rover Sport modeli də xüsusi versiyasız qalmayıb. Modelin payızda satışa çıxarılacaq HSE Silver, HSE Dynamic Black və SVR Carbon Edition modifikasiyaları hazırlanmışdır. SVR Carbon Edition variantı xüsusilə seçilir: model karbondan haşiyələri olan radiator barmaqlığını və hava girişlərini əldə edib, eyni materialdan yan güzgülərin, kapotun mərkəzi hissəsi və təkər tağlarının genişləndiriciləri hazırlanıb.
Range Rover Sport HSE Silver modeli üçün iki yeni rəng təklif edilir - bürünc Lantau və gümüş Hakuba. HSE Dynamic Black üçün isə, qara Santorini və ya boz Carpathian rəngi nəzərdə tutulmuşdur.
Yuxarıda göstərilənlərdən başqa, 2021-ci model ilinin Range Rover və Range Rover Sport modelləri gücü 249 ilə 350 at qüvvəsi arasında dəyişən altısilindrli Ingenium dizel mühərriklərini əldə edəcəkdirlər. Bu aqreqat modellərin mühərrik çeşidində V6 və V8 dizel aqreqatlarını əvəz edəcəkdir.