Bu gün Mizanoda keçirilmiş ikinci təsnifat mərhələsində yenə də Audi pilotları böyük üstünlüyə malik olublar. Dünən olduğu kimi, bu gün də poulu Rene Rast əldə edib. Onunla birlikdə ilk cərgədən digər Audi pilotu Robin Frayns start alacaqdır.
İkinci cərgədə də İnqolştadt təmsilçiləri yer alıblar: Conatan Aberdin və Niko Müller mevafiq olaraq üçüncü və dördüncü yerdə qərarlaşıblar. Ceymi Qrini əvəzləyən Pyetro Fittipaldi yaxşı çıxış edərək beşinci nəticəni göstərib. Üçüncü sıradan dstart alacaq digər pilot ünənki yarışın qalibi Marko Vittmanndır.
Loik Dyüval (Audi) yeddinci, Coel Eriksson (BMW) səkkizinci nəticəni göstərərək dördüncü sırada qərarlaşıblar. İlk onluğu BMW komandasının pilotları Filipp Enq və Timo Qlok tamamlayıb. Qonaq qismində dəvət olunmuş Ducati komandasının pilotu Andrea Dovitsiozo (Audi) 14-cü nəticəni göstərib.