Barselonadakı testlərə bir həftə qalmış Red Bull Racing komandası özünün yeni RB14 bolidini nümayiş etdirib.

Son bir neçə il ərzində Ditrix Mateşitsin yetirmələri təqdimat mərasimini son məqamda keçirməyə üstünlük verirdilərsə, 2018-ci ildə onlar işi uzatmayaraq Haas və Williams komandalarından sonra, növbəti mövsümdə yarışacağı avtomobili təqdim edən üçüncü komanda olublar.

Hələlik avtomobil xüsusi livreyada təqdim edilib. Komandanın mətbuat xidmətinin bildirdiyinə görə, avtomobilin əsl döyüş livreyası gələn həftə Barselonada nümayiş etdiriləcəkdir. RB14 bolidinin debütü gələn həftə komandanın reklam çəkilişlərinin planlaşdırdığı Silverstounda baş tutacaqdır.

Image alt Image alt Image alt