Mercedes və Ferrari komandaları ilə titul uğrunda mübarizə aparacaq Red Bull Racing komandası yeni avtomobilini təqdim edib.
Milton Kinsdən olan komandanın mətbuat xidmətinin dərc etdiyi şəkillərdə RB15 avtomobilinin tamamilə yeni livreyaya malik olduğu görünür. Honda mühərriki ilə təchiz edilmiş avtomobilin livreayası yalnız təqdimat üçün nəzərdə tutulub. Keçən il də komanda təqdimat zamanı yeni livreyanı nümayiş etdirsə də, sonradan köhnə sxemə qayıtmışdı. Bu il komndada Maks Ferstappen ilə birlikdə Pyer Qasli yarışacaqdır.