Red Bull şirkəti 1250 at qüvvəli güc qurğusuna malik olan yüksək texnologiyalı RB17 hiperkarını buraxmaq qərarına gəlib. Trek hiperkarları cərgəsinə qoşulacaq yeni avtomobil bu il debüt etməlidir. Yeni hiperkarın buraxılacağını Red Bull Racing komandasının rəhbəri Kristian Horner rəsmən təsdiqləyib.
Formula 1 avtomobillərinin dahi konstruktoru Ədriən Nyui tərəfindən yaradılmış avtomobilin tirajı 50 nüsxə ilə məhdudlaşacaq. O, hibrid güc aqreqatına və inanılmaz texnologiyalı aerodinamikaya malik olacaq. Layihə Red Bull Advanced Technologies şirkəti tərəfindən həyata keçirilir.
Belə bir hiperkarı buraxmaq ideyası Ədriən Nyuiyə məxsusdur. Sky Sports kanalına müsahibə verən Kristian Horner, Nyuiyə özünün bütün işləmələrini həyata keçirmək imkanı verildiyini bildirib. Avtomobilin konstruksiyasında karbon lifindən geniş istifadə edilməsi sayəsində, Red Bull RB17 hiperkarının çəkisi bir tondan az olmalıdır.
Hiperkar səkkizsilindrli benzin turbomühərrikinə əsaslanan 1250 at qüvvəli hibrid güc qurğusunu və Formula 1 ruhunda kinetik enerjinin rekuperasiyası sistemini alacaq. Yeni hiperkar üzərində Adrian Nyuinin də işlədiyi Aston Martin Valkyrie AMR Pro modelindən daha yüngül, lakin Formula 1 bolidlərinin digər məşhur konstruktorui Qordon Marinin yaratdığı Gordon Murray Automotive T.50 modelindən daha ağır olmalıdır.
Hiperkar qraund-effekti olan aerodinamikaya sahib olacaq və texniki reqlamentdəki məhdudiyyətlərə görə Formula 1 avtomobillərində həyata keçirmək mümkün olmayan bir sıra texniki həlləri əldə edəcək. Avtomobil ictimai yollara çıxışı olmayacaq və onu yalnız qapalı yarış treklərində istifadəsinə icazə veriləcək.
Red Bull RB17 hiperkarının tirajı 50 nüsxə olacaq və hər il 15 avtomobil istehsal olunacaq. Müştərilərə hiperkarların çatdırılmasına 2025-ci ildə başlanmalıdır. RB17 hiperkarının qiyməti ən azı beş milyon funt sterlinq olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.