9 oktyabrda Bakıda ilk dəfə Red Bull Soapbox Race yarışı baş tutdu. Bakıdakı 300 metr uzunluğunda qurulan yarış zolağında 43 komanda öz əldəqayırma dörd təkərli arabaları ilə yarışıb. Nəticədə ən çox bal toplayıb birinci yeri qazanan Bull&Co komandası oldu, ikinci və üçüncü yerləri isə Nostandart və Angry Birds komandaları tutdular.
İlk Red Bull Soapbox Race yarışı 2000-ci ildə Belçikada keçirilib. Ondan bəri dünyanı fəth edərək 100-dən çox ölkədə hər bir yarışda on minlərlə tamaşaçı kütləsi qazanıb. Azərbaycanda bu yarış ilk dəfə idi ki keçirilirdi.
Birinci yerin sahibi Abu-Dabidə keçiriləcək Red Bull Air Race tədbirinə göndərilir, ikinci yerin sahibi – Avstriyadakı Hangar 7-də (Red Bull muzeyi) gəzəcək və üçüncü yerin sahibi Şahdağ dağ-xizək turizm kompleksinə ekstrim tur qazandı.
Bull&Co komandanın kapitanı Zahir Muradov dedi: “Çox marağlı, həmçinin çətin idi. Amma yaxşı ki, əziyyətimiz puç olmadı. Qalib gəldik, ən əsası da, mənim sinif yoldaşlarım, mənim komandalarla bir yerdə səyahətə gedəcəyik. Çox sevincliyəm, hamıya çox sağ olun”.
Azərbaycandaki Red Bull Soapbox Race yarışının münsiflər heyəti – şoumen Murad Dadaşov, cüdo üzrə Olimpiya ikincisi, Birinci Avropa Olimpiya Oyunlarında qızıl medalın sahibi Rüstəm Orucov, teleaparıcı Afaq Gəncəli, teleaparıcı Hacı Nuran Hüseynov və sənətçi, 2011-ci il Eurovision müsabiqəsinin qalibi Nigar Camal.