Dünən, elan edildiyi kimi, Renault şirkəti Meleyin şəhərində Alaskan pikapının seriya variantını təqdim etmişdir. Fransız pikapı Nissan NP300 Navarra modelinin yeni nəslininbazasında yardılmışdır. Renault Alaskan pikapının zahiri görünüşünə gəldikdə isə, o eyni adlı konseptdən praktiki olaraq seçilmir. Renault AlaskaYeni pikap "paxlavalı" iri radiator barmaqlığını, kapotun seçilən xəttlərini, C-formalı işıqdiodlarından olan gündüz hərəkət işıqlarını, kuzpvun müdafiəsini, etibarlı ayaqaltıları, iri təkər disklərini və 230 millimetr olan klirensi əldə etmişdir.
Renault Alaskan modelinin mühərrik çeşidinə Renault-Nissan ittifaqının 160 və 190 at qüvvəsi gücü olan 2,3-litrlik iki turbokompressorlu dCi dizel mühərriki daxildir. Bundan başqa, bir sıra bazarlarda pikap 160 at qüvvəli 2,5-litrlik benzin, həmçinin 160 və 190 at qüvvəsi gücü olan 2,5-litrlik dizel mühərriki ilə təklif ediləcəkdir. Güc aqreqatları 6-pilləli mexaniki və ya 7-pilləli avtomatik sürətlər qutusu ilə təchiz ediləcəkdirlər.
Avtomobilin baza variantları arxadan çəkişli ötürmə sistemi ilə təklif olunacaqdırlar. Bununla belə, tam ötürməli çəkiş sistemini də sifariş etmək mümkün olacaqdır. Alaskan 4x4 modelləri yüksək sürtünməli elektron differensialı ilə təchiz ediləcəkdirlər ki, bu sistem avtomatik olaraq bu və ya digər təkəri yavaşlatmaq üçün əyləc sistemindən istifadə edəcəkdir.
Bu sistem sayəsində təkərlərin yol səhti ilə iıişməsi yaxşılaşacaqdır. Bundan başqa, yolsuzluq şəaritində pikapın imkanlarını artıracaq arxa differensialın mexaniki qapanması sisteminin quraşdırılması da nəzərdə tutulmuşdur. Avtomobil standart olaraq 16-düymlük təkər diskləri ilə təchiz ediləcəkdir. Opsional olaraq 18-düymlük diskləri də sifariş etmək mümkündür.

Fransızlar pikapın ümumi çəkisi 3,5 ton olan qoşqunu yedəyə almaq imkanının olduğunu iddia edirlər ki, bu da seqmentdə olan ən yaxşı göstəricidir. Pikapın təchizatına 5-düymülük rəngli monitor, bölünmüş klimat-kontrol, naviqasiyası və 7-düymlük sensorlu ekranı olan məlumat-əyləncə kompleksi, dairəvi görüntü sistemi və bir sıra digər sistemlər daxildir.
Alaskan pikapının satıldığı ilk ölkə Kolumbiya olacaqdır. Pikapın satışlarına ilin sonunda başlanacaqdır. Sonradan pikap daha bir neçə Cənubi Amerika ölkələrində satılacaqdır. Pikapın Avropa bazarında da təklif ediləcəyi açıqlanmışdır. Pikapın istehsalı fransız istehsalçısının İspaniya, Meksika və Argentinadakı zavodlarında təşkli ediləcəkdir.