Renault şirkətinin Rusiya ofisi kupeşəkilli Arkana krossoverinin texniki içalatı barədə məlumat verib. Xatırladaq ki, yeni modelin satışlarına bu ilin birinci yarısında start verilməlidir. Krossover yeni Duster modelinin turbomühərrikinə, elektrik gücləndiricisi olan sükan mexanizminə 205 millimetrlik klirensə malik olacaqdır.

Renault Arkana modelinin əsasını yeni nəsil modul platforması təşkil edir. Bu, 55% yeni komponentlərdən ibarət olan Global Access (B0) platformasının əsaslı təkmilləşdirilmiş variantıdır. Öndən çəkişli krossoverlər arxa tirlə, tamçəkişli modifikasiya isə çoxqollu asqı ilə təchiz ediləcəkdirlər. Sükan gücləndiricisi elektrikdir və aşağı sürətlərdə tələb edilən qüvvəni 40% azaldır, yuxarı sürətlərdə isə yaxşı əks əlaqəni təmin edərək vibrasiyaların səviyyəsini aşağı salır.

 

Image alt Image alt Image alt Image alt Image alt

Arkana Renault şirkəti ilə Daimler konserninin birgə məhsulu olan 1,3-litrlik TCe 150 dördsilindri turbomühərrik ilə təchiz ediləcəkdir. Variatorla tandemdə çalışan turbomühərrikin hasilatı 150 at qüvvəsi və 250 Nm-dir. Tamçəkişli krossover transmissiyanın üç rejiminə sahib olacaqdır: yalnız öndən çəkişli, arxa oxun avtomatik qoşulmasına və elektronika idarələnən oxlar arası muftanın məcburi qoşulması.

Yeni krossoverin istehsalı Renault markasının Moskva şəhərindəki zavodunda aparılacaqdır.