Avropada satılan Renault Arkana modeli İspaniyanın km77 nəşri tərəfindən aparılan “sığır” testində əla nəticəni əldə edib. Krossover qəfil yerdəyişməni 77 km/saat həddində uğurla həyata keçirib.
İspaniyanın km77 nəşrinin icmalçıları sınaqlar üçün Renault Arkana krossoverinin Avropa versiyasını götürüblər. Krossover CMF-B “drayver” arxitekturasına əsaslanır. Rusiya və bizim bazarda satılan Arkana modeli isəı B0 platformasına əsaslanır. Odur ki, bizim bazarda satılan Arkana krossoverinin belə çevik olacağını gözləmək gərək deyil.
İspan dərgisinin ekspertləri 18-düymlük Kumho Ecsta şinləri ilə təchiz olunmuş Arkana modelinin idarəetmə xüsusiyyətlərinə görə seqmentdəki ən yaxşı krossoverlərdən biri olduğunu qeyd ediblər.
Krossoverin yüngülcə yana əyilir, qəfil manevr zamanı sağ arxa təkərin yerdən üzülməsinin avtomobilə nəzarət etməyə mane olmur. Üstəlik, mütəxəssislər sükan mexanizminin və asqının tənzimləmələrindən çox razı qalıblar.