Bizim bazarda satılan Renault Arkana modeli Rusiyada istehsal olunurdu. Məlum hadisələrdən sonra, bu modelin istehsalına son verilib. Lakin onun başqa bir variantı da mövcuddur. Bu, 2020-ci ildə debüt edən və daha müasir CMF-B platformasında inşa edilmiş, fərqli interyerə malik olan və hibrid güc qurğusu ilə təchiz edilən bir krossoverdir.

Belə avtomobillər Cənubi Koreyada istehsal olunur və daxili bazarda Samsung XM3 adı ilə satılır. Bundan başqa, bu model Renault brendi altında Avropa, Avstraliya, Yeni Zelandiya, Yaponiya, İsrail, Çili və bir sıra digər ölkələrə ixrac olunur. Bu müddət ərzində 240 mindən çox Samsung/Renault Arkana modeli istehsal olunub və indi bu model restylinqdən keçib.

Doğrudur, yenilənmələr kosmetik xarakter daşıyır. Dəyişikliklərin miqyasına görə, Arkana bu yaxınlarda yenilənmiş Renault Clio hetçbekindən nəzərəçarpacaq dərəcədə geri qalır: krossoverin həm optikası, həm də bamperləri əvvəlki kimi qalıb.

Yalnız almaz formalı hüceyrələri olan yeni radiator barmaqlığı və yenilənmiş emblem üçün tutqun rəngli platforma peyda olub, habelə gündüz hərəkət işıqlarının yuxarı hissələri dəyişdirilib. Eksteryerdəki xrom dekor tünd variant ilə əvəzlənib.

Üstəlik, RS Line və E-Tech Engineered “idman” versiyaları Esprit Alpine variantı ilə əvəzləniblər. Mahiyyət dəyişməz olaraq qalır: qara dekor, arxa tərəfdəki spoyler və 19 düymlük təkər diskləri. İnteryerdəki yeniliklər - mavi dekor və genişləndirilmiş zamça ilə tərtibatdır.

Arkana modelinin salonundakı dəyişikliklər bununla məhdudlaşır. Yeddi düymlük ekrana malik olan baza mediasisteminə naviqator, habelə Apple CarPlay və Android Auto simsiz interfeysləri daxil edilib. Daha bahalı versiyalarda 9,3 düymlük şaquli sensorlu ekranı olan media sistemi var. Esprit Alpine versiyasında transmissiyanın sabitlənməyən selektoru var, digər təchizat səviyyələrində ənənəvi dəstək quraşdırılır.

Güc aqreqatları əvvəlkilərdir, ötürmə isə yalnız ön oxadır. Avropada Renault Arkana iki versiyada  - 140 və ya 158 at qüvvəli 1,3-litrlik turbomühərriklə təchiz oluna bilər. Hər iki aqreqat 12 voltluq startyor-generatora malikdir və yeddi pilləli preselektiv “robot” ilə birlikdə çalışırlar.

Lakin alıcıların yarıdan çoxu E-Tech hibrid modifikasiyasını seçir. Hibrid, “robot” (sinxronizatorlarsız və muftasız) və elektrik mühərriki (69 at qüvvəli) ilə tandemdə işləyən 1,6-litrlik  (94 at qüvvəsi) atmosfer mühərrikinə malikdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sistemin pik gücü 143 at qüvvəsidir və belə hibridlər hərəkətə yalnız elektrik ötürməsi ilə başlayırlar: benzin mühərrikinin boş rejimdə işləməsi istisna edilir, o yalnız hərəkətə başlayandan sonra dövrəyə qoşula bilər. Dartma batareyasının tutumu cəmi 1,2 kilovat/saatdır.

Yenilənmiş avtomobillərin Cənubi Koreyadakı istehsalına artıq başlanılıb, onlar payıza qədər Avropa bazarında peyda ollmalıdılar. Maraqlıdır ki, Arkana daha əlçatan olub: onun Fransadakı qiymətləri 31 000 avrodan başlayır. Xatırladaq ki, yenilənmədən əvvəlki model üçün ən azı 32 500 avro tələb olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.