Renault şirkəti yeni Austral krossoverinin tizer kampaniyasını davam etdirir. Avropada satılacaq krossoverin kamuflyajlı şəkilləri artıq fransız istehsalçısı tərəfindən rəsmi olaraq dərc edilmişdi. Bu gün Renault şirkəti Austral modelinin eksteryer dizaynını nümayiş etdirib – doğrudur, hələlik dizayner eskizi vasitəsi ilə. Ehtimal oldunduğu kimi, Austral krossoveri Magane E-Tech elektrik krossoveri üslubunda eksteryer dizaynına malik olacaqdır. Xatırladaq ki, Renault Austral modelinin təqdimatı 8 mart tarixində keçirilməlidir.

Megane E-Tech modeli ilə bənzərlik LED “bumeranqları” olan ön fənərlərində, kapotdakı çıxıntılarda, habelə hava girişlərinin forması və təkər disklərinin dizaynında özünü biruzə verir. Lakin yanacaqlı Austral modelində tamölçülü radiator barmaqlığı var. Xatırladaq ki, Megane E-Tech modelində ön fənərlər işıqlanan nazik zolaq vasitəsi ilə mərkəzdəki loqotipləbirləşdirilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Təsvirdəki iri təkər diskləri də diqqəti çəkir – belə cəhət dizayner eksizlərinin xarakterik xüsusiyyətidir, lakin Renault seriya krossoverinin də belə disklərə sahib olacağını vəd edib. Bundan başqa, yeni modeldə ön, arxa və yan tərəfdəki müdafiə lövhələrinin quraşdırılacağını bildirilib. Üstəlik, avtomobilin “cəlbedici klirensi” seçiləcəyi qeyd edilib.

Renault Austral modeli CMF modul platformasının yeni CD3 versiyasında inşa ediləcəkdir. Krossoverin mühərrik çeşidinə  benzin mühərriklərin əsasında yaradılmış və 200 at qüvvəsinə qədər gücü olan hibrid güc qurğuları daxil ediləcəkdir. Dizel versiyalarının buraxılması nəzərdə tutulmayıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.