Renault şirkəti Austral modelinə həsr olunmuş tizer kampaniyasını davam etdirir. Bu dəfə, Avropadakı model cərgəsində Kadjar krossoverini əvəzləyəcək yeni modelin interyerinin ilk şəkli dərc olunub .Şəkildən də göründüyü kimi, Renault Austral modeli Megane E-Thec Electric modelinin üslubunda 774 kub santimetr sahəsi olan L-şəkilli sürücü interfeysinə sahib olacaqdır.

Geniş displey praktiki olaraq avtomobilin bütün sistemlərini idarə etməyə imkan verir. Bu səbəbdən də, fiziki düymələrin sayı minimuma endirilib. OpenR Link məlumat-əyləncə kompleksi Android Auto və Apple CarPlay tətbiqlərini dəstəkləyir.

Bundan başqa, Austral modeli cihazlar panelinə baxışı məhdudlaşdırmayan yeni sükan çarxına da sahib olacaqdır. Ön oturacaqlar xırda əşyalar və qadcetlər üçün saxlanc yerləri olan bütöv konsolla ayrılırlar. Əşyalar üçün salonda nəzərdə tutulmuş saxlanc yerlərinin ümumi həcmi 30 litrin üzərindədir. Bundan başqa, fransız istehsalçısı transmissiya tuneli olmayan rəvan döşəməni və arxa divanın elektrik ötürməsi ilə qatlanacağını vəd edib. 

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.