Renault şirkəti beşinci nəsil Clio modelinin interyerinin rəsmi fotoşəkillərini dərc edib.Modelin özünün təqdimatının isə sabah, 29 yanvar tarixində keçiriləcəyi gözlənilir. Bununla belə, beşinci nəsil Renault Clio modeli geniş kütlə qarşısında mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda debüt edəcəkdir.
Dərc edilmiş fotoşəkillərdə Clio modelinin bahalı modifikasiyasının interyeri əks etdirilib. Əlbəttə ki, modelin daha büdcə variantları da olacaqdır.Yeni Clio B+ sinifində ilk dəfə olaraq iri displeylərə sahib olub. Easy Link mediasisteminin displeyi 7,0 və ya 9,3 düymlük diaqonala malik ola bilər. Müqayisə üçün Koles modelinin multimedia sistemi 8,7-düymlük ekrana malikdir. Bundan başqa, avtomobil virtual cihazlar panelinə də sahib olub. Bu panel də iki ölçüdə 7,0 və ya 10,0 düymlük diaqonalla təklif edilir. Ən böyük displeydə naviqasiya sisteminin göstəriciləri də əks olunur.
Salon tərtibatında istifadə edilən materialların keyfiyyətində də ciddi dəyişiklik vardır. Məsələn ön panelin yuxarı hissəsi ilə yanaşı, qapılardakı əlavələrdə yumşaq plastikdən hazırlanıb.Bundan başqa, interyerin səkkiz rəngdə tərtibatı və işqılandırılması da təklif edilir.Yeni ön oturacaqlar eyni zamanda həm rahat, həm də nazık olacaqdırlar. Bu isə, arxa sıralardakısərnişinlər üçün əlavə məkan deməkdir. Mərkəzi tonnel bir qədər hündürləşib, ötürmələr qutusunun dəstəyi isə qısaldılıbdır. Əl əyləci isə, servöötürməyə malik olub və düymə ilə idarə edilir.
Renault Clio fransız istehsalçısının “orta” CMF-B modul platformasında inşa edilən ilk avtomobili olacaqdır. CMF-B platforması mövcud olan CMF-A və CMF-C/D platformaları ilə unifikasiya edilib. Bu platformada gələcəkdə Nissan Juke, Renault Captur, Mitsubishi ASX, həmçinin Dacia Logan və Sandero modelləri inşa ediləcəkdirlər.
Renault şirkəti beşinci nəsil Clio modelinin tamamilə yeni olduğunu və 100% yeni detallardan olduğunu iddia edir. Eyni zamanda, avtomobilin ümumi formasının və görünüşünün qirunub-saxlanıldığı qeyd edilib. Səbəbi də məlumdur: hazırda Clio Avropada satışlara görə ikinci yeri tutaraq yalnız Golf modelindən geridə qalır.