Renault şirkəti Cakartada keçirilən motorşouda Kwid yığcam hetçbekinin Extreme adlı konseptual variantını nümayiş etdirib. Bu barədə məlumatı Indian Autos Blog saytı yayıb.
Konsept adi avtomobildən ön bamperi, başqa işıq texnikası, dəyişdirilmiş radiator barmaqlığına, qapılardakı və kandarlardakı əlavələrə, iri O.Z.Racing təkərləri, diffuzor və iri antiqanadla seçilir. Bundan başqa, avtomobilin kuzovunda qara və qırmızı dekorativ elementlər peyda olub. Renault Kwid Extreme modelinin interyerində dəyişiklik edilməyibdir.
Prototipin hansı mühərriklə təchiz edildiyi bildirilməyib.
Kwid modeli 2015-ci ilin may ayında təqdim edilib. Model Renault-Nissan ittifaqının CMF-A modul platformasında istehsal edilir. Avtomobilin qabarit uzunluğu 3,68 metr təşkil edir. Modelin klirensi 180 millimetrdir.