Azərbaycan alıcılarına yaxşı tanış olan Renault Kaptur modelindən fərqli olaraq, Avropada satılan Captur hələ də istehsal edilir və bu yaxınlarda yenilənib. 2019-cu ildən buraxılan və CMF-B modul platformasına əsaslanan bu krossover, qohum Renault Clio hetçbeki ilə eyni üslubda həyata keçirilən planlaşdırılmış restaylinqə məruz qalıb.
Captur modelinin ön hissəsi tamamilə yenidən işlənib və Renault brendinin yeni üslubuna tam uyğundur. Gündüz hərəkət işıqlarının böyük mötərizələr yoxa çıxıb, indi bu funksiyaya ön bamperin kənarlarındakı böyük LED "ildırımlar" cavabdehdirlər.
Captur adi radiator barmaqlığını itirib (havanın götürülməsi aşağıda bamperdə həyata keçirlir), onun yerini isə, firma emblemi olan “yalançı” barmaqlıq tutur. Yeni kapotun daha kiçik ön ucluğu var, onun mərkəzində emblem üçün girinti yoxdur, lakin çıxıntılı yan ştamplamalar peyda olublar.
Arxa hissədə işıqların dizaynına yenidən baxılıb, bamperdən xrom dekorasiya yoxa çıxıb. Diametri 17 ilə 19 düym arasında dəyişən təkər disklərinin yeni kolleksiyası təklif olunur. Restaylinq avtomobilin uzunluğunu 4228-dən 4239 millimetrə qədər artırıb.
Captur RS Line idman versiyasını sportkar istehsalçısı olan Alpine şirkətinin adını daşıyan Esprit Alpine (şəkillərdəki mavi rəngli krossover) təchizat səviyyəsi əvəzləyib. Bununla belə, konsepsiya eyni qalır: heç bir texniki dəyişiklik nəzərdə tutulmur, lakin kuzovun ən azı 14 variantda ikirəngli boyanması, qara dekor və orijinal təkər diskləri mövcuddur.
İnteryerdə əhəmiyyətli dəyişikliklər yoxdur. Əvvəlki kimi, 7,0 və ya 10,25 düymlük cihazlar paneli təklif olunur. Media sisteminin şaquli displeyinin ölçüsü 9,3-dən 10,4 düymədək artırılıb (korpus eynidir, sadəcə çərçivə nazikləşib), lakin klimat-kontrolun ayrıca bloku ləğv edilib: əsas tənizmləmələr artıq ekrandadır, yalnız bir neçə “qaynar” düymə qalıb. Tərtibatçılar yenilənmiş Captur modelinin ekoloji cəhətdən daha təmiz olduğunu vurğulayırlar - hətta zəngin təchizat səviyyələri də dəri və xrom bəzəkləri itiriblər.
Kapotun altında heç bir dəyişiklik yoxdur: Avropada satılan Capture modelinin mühərrik çeşidi 2020-ci ilin sonunda təftişdən keçirilib və dizel mühərrikindən imtina edilib. Başlanğıc Renault Captur krossoveri 1.0 TCE turbomühərriki (90 at qüvvəsi) və 6-pilləli mexaniki transmissiya ilə təklif olunur.
Bir pillə yuxarıda 12 voltluq startyor-generatoru olan dördsilindrli 1,3 TCe turbomühərriki durur: mexaniki transmissiyalı avtomobillər üçün bu mühərrik 140 at qüvvəsinə, yeddi pilləli EDC “robotu” ilə təchiz edilənlər üçün isə, 158 at qüvvəsinə köklənib.
Bir sıra ölkələr üçün elektrik üstqurumu olmayan 1,3 TCe mühərriki (155 at qüvvəsi), həmçinin qazla işləyən 1,0 TCE mühərriki (100 at qüvvəsi) ilə təchiz edilən versiyalar mövcuddur. Lakin tezliklə bu iki mühərrik müxtəlif versiyalarda təklif ediləcək yeni 1.2 TCe aqreqatı ilə əvəzlənəcək.
Firma E-Tech sistemi ilə təchiz edilmiş hibrid krossover 1,6-litrlik (94 at qüvvəsi), “robot” (sinxronizatorlarsız və muftasız) və iki elektrik mühərriki (49 və 20 at qüvvəsi) ilə təchiz edilir. Sistemin ümumi hasilatı 145 at qüvvəsinə və 205 Nm bərabərdir.
Üstəlik, belə hibridlər yalnız elektrik ötürməsi ilə hərəkətə başlaya bilərlər: benzin mühərrikinin boş dövrələrdə işləməsi istisna olunub, onu yalnız avtomobil hərəkətə başlayandan sonra işə salmaq olar. Dartma batareyasının tutumu 1,2 kilovat/saatdır, lakin daha böyük batareyası olan təkrar doldurulan versiya ötən il istehsaldan çıxarılıb.
Avropada satılan Renault Captur modeli İspaniyanın Valyadolid şəhərindəki zavodunda istehsal olunur və yenilənmiş avtomobillərin istehsalına carı ayın sonuna qədər başlanmalıdır. Elə o zaman da sifarişlərin qəbuluna başlanacaq və qiymətlər açıqlanacaqlar. Hazırda yenilənmədən əvvəlki Captur Fransada 25 800 avrodan başlayan qiymətlərlə satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.