Bizim bazarda satılan Renault Kaptur modeli 114 və 143 at qüvvəli mühərriklər ilə təklif edilir. Bunu onun Avropada satılan qardaşı Captur krossoveri haqqında demək olmaz. Renault Clio modelinin öndənçəkişli şassisində inşa edilən krossover yalnız 120 at qüvvəli mühərriklə təchiz edilir. Artıq Captur da güclü mühərrikə sahib olub.
Bu mühərrik keçən ilin sonunda debüt etmiş Energy ailəsindən olan 150 TCe dörd silindrli mühərrikdir.
Güc aqreqatı turbokompressorla, birbaşa çiləmə sistemi, həmçinin giriş və çıxışda fazafırlanması ilə təchiz edilir. Belə mühərrikləri Renault Scenic kompaktvenlərinə və Megane hetçbeklərinə quraşdırılır. Bu modellərdə quraşdırılan mühərrik 115, 140 və 160 at qüvvəsi variantlarında təklif edilir. Captur modelində bu mühərrikin dördüncü modifikasiyası debüt edib. Aqreqat 150 at qüvvəsi və 250 Nm hasil edir. Güc aqreqatı mexaniki və ya iki muftalı yeddi pilləli EDC “robotu” ilə tandemdə çalışır.
Hələlik 150 at qüvvəli mühərrik krossoverin “idman” S-Edition variantında quraşdırılır. Bu modifikasiya 17-düymlük təkər diskləri, oturacaqların mavi tikişləri olan zamşa örtüyü, kuzovun Iron Blue rəngi, tavanın qara Etoile Black və ya boz Platine Grey rənginə, bamper və qapılardakı Gun Metal Grey rəngli əlavələri ilə seçilir.
150 at qüvvəli Renault Captur S-Edition modelinin təchizatına TomTom naviqatoru olan və Android Auto əlavəsini dəstəkləyən R-Link Evolution multimedia sistemi, Bluetooth, USB Easy Park köməkçisi, kor zonalara nəzarət sistemi, kandarlardakı lövhələr və S-Edition ayaqaltıları daxildir.