Renault şirkəti yenilənmiş Clio hetçbekinin RS modifikasiyasını təqdim etmişdir. "Qaynar" hetçbek standart model ilə baş vermiş dəyişiklərə bənzər yenilənmələrə məruz qalmışdır. Xatırladaq ki, yenilənmiş Clio hetçbeki iyun ayında rəsmi olaraq təqdim edilmişdi. Renault Clio RS modeli təşkilləşdirilmiş radiator barmaqlığını, yeni ön və arxa bamperi, görünüşü dəyişdirilmiş işıq optikası və duman əleyhinə işıqların yeni bölümlərini əldə etmişdir.

Əlavə ödəniş etməklə, "qaynar" hetçbeki işıqdiodlarından hazırlanmış ön fənərlərlə sifariş etmək olar. Əvvəllər olduğu kimi, Renault Clio RS modifikasiyası üç asqı növü ilə təklif ediləcəkdir. Bunlar Sport, Cup və Trophy asqılarıdır. Ən "yumşaq" variant olan "Sport" asqısı avtomobil üçün standart olaraq təklif ediləcək, 17 və ya 18-düymlük təkər diskləri ilə birlikdə çatdırılacaqdır. İkinci, daha sərt variant olan "Cup" asqısı ancaq 18-düymlük təkər diskləri ilə təchiz ediləcəkdir. "Trophy" variantı olan hetçbek öndə 20 millimetr, arxada isə 10 millimetr hündürlüyü azaldılmış asqıya malik olacaqdır.

Yeni Clio RS modeli əvvəl də olduğu kimi, 200 və 220 at qüvvəsi gücə malik olan 1,6-litrlik dörd silindirli turbomühərriklə təchiz ediləcəkdir.Güc aqreqatları, ötürmələri sükanaltı dəstəklərlə həyata keçirməyə imkan verən iki muftalı altı pilləli robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Sürücü üç idarəetmə rejimindən - Normal, Sport və Race rejimlərindən istifadə edə bilər.

Ən güclü mühərrik yalnız Clio RS Trophy variantında quraşdırılacaqdır. Bu variant üçün, "Klio" hetçbekinin ən ekstremal variantı olan Clio RS16 konseptual heçtbekində tətbiq edilən Akrapovic firamsının buraxılış sistemini sifariş etmək olar.

Renault Clio RS Trophy hetçbeki 100 kilometr-saat sürətini 6,6 saniyəyə toplayır və 235 kilometr-saat maksimal sürətə malikdir. 400 metrlik məsafənin qət edilməsinə isə 14,5 saniyə tələb olunur.

Yenilənmiş Renault Clio RS "qaynar" hetçbekinin Avropa bazarındakı satışlarına oktyabr ayında start veriləcəkdir. Avtomobilin satış qiyməti açıqlanmamışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt