Renault Duster modelinin 2023-cü ildə işıq üzü görəcək üçüncü nəslində dizel mühərriklərindən imtina ediləcəkdir. Fransız markası dizel aqreqatların əvəzinə çoxsaylı elektron yardımçıları təklif edəcəkdir.
«Car and Bike» nəşrinin bildirdiyinə görə, yeni Renault Duster dizel mühərriklərinin əvəzinə kiçik iş həcmi olan benzin turbomühərrikləri ilə təchiz ediləcəkdir. Yeni krossoverin hibrid və elektrik modifikasiyalarında təklif olunacağı da istisna edilmir. Yeni Renault Duster hindistan bazarının tələbləri nəzərə alınmaqla hazırlanacaqdır.
Xatırladaq ki, keçən il bir sıra avtomobil istehsalçıları dizel mühərriklərindən imtina etdiklərini bəyan ediblər. Belə şirkətlərə misal olaraq Porsche, Volvo, Honda və Nissan şirkətlərini göstərmək olar. Bu şirkətlər dizel mühərriklərinin əvəzinə daha ekologiya dostu olan hibrid və elektrik güc aqreqatlarına üstünlük veriblər.