Renault şirkəti 1100 kilometr məsafə qət edən Espace hibrid krossoverini təqdim edib. Espace artıq miniven deyil: yeni nəslə keçidlə model öz form-faktorunu “uzun məsafəli krossoverə” dəyişib və bundan sonra o, Avropada beş və yeddi yerlik versiyalarda satılacaqdır. Gözlənildiyi kimi, Espace Renault markasının Avropada satılan digər krossoveri - Austral modelinin uzadılmış və daha geniş versiyasına çevrilib. Eyni zamanda, şirkət hər kəsi yeni modelin orijinal minivenin DNT-sini qoruyub saxladığına inandırmağa çalışır.

Renault Espace Esprit Alpine

Əgər yeni Espace modelini sələfi ilə müqayisə etsək, o, minivendən daha qısa və alçaqdır. Lakin əgər müqayisə predmeti olaraq CMF-CD platformasını paylaşdığı Austral krossoveri götürülərsə, Espace hər cəhətdən daha böyükdür və ən əsası isə, donorundan 20 santimetr uzundur. Bu, salonda üçüncü cərgəsini yerləşdirməyə imkan verib ki, fransızlar da bunu "orijinal minivenin DNT-sinin qorunması" kimi qələmə verirlər. Bundan əlavə, yenilik minivenin beşinci nəslindən 215 kiloqram yüngüldür.

Renault Espace Esprit Alpine

Eksteryer dizaynı və texniki hissəyə gəldikdə isə, yeni Espace bu cəhətdən Austral modelindən demək olar ki, fərqlənmir.Bundan başqa, ilk dəfə Espace modeli üçün Esprit Alpine idman paketi təklif edilir. Bu paketə dəyişdirilmiş radiator barmaqlığı, qara dekor, 20-düymlük təkər diskləri, salondakı mavi tikişlər, “karbon” əlavələr və pedalların metal örtükləri daxildir. Austral və Espace modellərinin interyeri də tamamilə eynidir - ön paneldə 12,3-düymlük virtual cihazlar paneli və multimedia sisteminin 12-düymlük planşeti quraşdırılıb. Austral kimi, Espace də 32 sürücüyə yardım sisteminə malikdir. 

Renault Espace

Krossover 131 at qüvvəli 1,2-litrlik turbomühərrik ilə hərəkətə gəlir, ona iki elektrik mühərriki (dartma mühərriki və startyor-generator) kömək edir. Hibrid qurğunun ümumi hasilatı 200 at qüvvəsinə bərabərdir. Espace hibridi 100 km/saat həddini 8,8 saniyəyə toplayır, onun maksimal sürəti isə 175 km/saata çatır. Avtomobilin istehsalçısı tərəfindən elan edilən orta yanacaq sərfiyyatı 100 kilometrə 4,7 litrdir. Hibrid krossoverin ümumi yürüyüş ehtiyaı isə 1100 kilometrə çatır.

Renault Espace Esprit Alpine

Krossover tam idarəolunan 4Control Advanced şassisi ilə də təchiz edilir: 50 km/saata qədər sürətlərdə daha yaxşı manevr etmək üçün arxa təkərlər ön təkərlər ilə əks istiqamətə, 50 km/saatın üzərindəki sürətlərdə isə ön təkərlərlə eyni istiqamətə dönür. Eyni zamanda, Espace üçün sahəsi bir kvadrat metrdən çox olan böyük panoram dam bəyan edilib. Belə dam bu sinifdəki ən böyük panoram damdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avropada Renault Espace modelinə sifarişlərin qəbuluna yaxın günlərdə başlanılmalıdır, lakin qiymətlər hələlik açıqlanmayıb. Əgər Espace miniveni Fransada istehsal edilirdisə, eyni adlı krossover Palensiyadakı (İspaniya) zavodda buraxılacaqdır. Yeri gəlmişkən, hazırda bu zavodda Austral krossoveri istehsal olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.