Renault Espace modelinin beşinci nəsli 2015-ci ildə işıq üzü görüb. Bu müddət ərizndə avtomobil bir dəfə texniki təkmilləşdirmədən keçib. İndi isə, modelin plan üzrə yenilənməsinin vaxtı gəlib çatıb: minivenin eksteryer, interyer və təchizatında dəyişikliklər baş verib.
Espace dizaynı dəyişdirilmiş bamperlərə sahib olub. Arxa bamperdə səsboğucu sistemin çıxış borularının ucluqları peyda olublar:əƏvvəllər Renault dizaynerləri onları gislətməyə üstünlük verirdi. Bundan başqa, Espace miniveni fransız markasının adaptiv matrisa fənərləri ilə təchiz edilən ilk modeli olub.
Salonda baş vermiş bütün yeniliklər ön paneldə cəmlənib: kiçik ekrandan və kənarlardakı şkalalardan ibarət olan cihazlar paneli yerini geniş formatlı 10,2-düymlük displeyə verib. Tənzimlənən görüntüsü olan displeydə çəkilmiş şkalaları rəqəmlərlə əvəz etmək və ya naviqasiya xəritəsini önə çıxarmaq mümkündür. İqlim sisteminin idarəolunması isə əksinə ənənəvi düymələr blokuna malik olub. EasyLink multimedia sistemi də yenilənmiş interfeyslə təchiz edilib: yeni interfeys Apple CarPlay və Android Auto tətbiqlərini, həmçinin söyləmə funksiyası olan Google naviqasiyasını dəstəkləyir.
Bundan başqa, yenilənmə miniveni ikinci səviyyəli avtonomluqla təmin edib. Söhbət şosse və tıxaclarda çalışan, həmçinin zolaqda saxlama və təcili əyləcləmə funksiyaları ilə təchiz edilmiş adaptiv kruiz-kontroldan gedir.
Renault Espace modelinin mühərrik çeşidi bir il bundan öncə Euro 6d-Temp ekoloji normala keçid ilə əlaqədar olaraq yenilənmişdi. Hazırda miniveni 225 at qüvvəli 1,8-litrlik TCe turbomühərriki və 7-pilləli preselektiv ”robotla”, həmçinin 160 və ya 200 at qüvvəli 2,0-litrlik Blue dCi turbodizeli və 6-pilləli ikimuftalı “robot” ilə sifariş etmək olar. Ötürmə ənənəvi olaraq ön oxadır. Əlavə ödənişlə, tam idarələnən 4Control şassisini də sifariş etmək mümkündür.
Yenilənmiş modeli Avropadakı satışlarına yaxın vaxtlarda başlanacaqdır. Şirkət yenilənmiş avtomobilə böyük ümidlər bəsləyir, çünki minivenin satışları getdikcə pisləşir. 2016-cı ildə miniven 27 min tirajla satılırdısa, 2018-ci ildə bu rəqəm 12 minə qədər düşüb.