Renault yeni Espace miniveninin tizerini dərc edib. Espace modelinin altıncı nəsli "uzaq səyahətlər üçün krossoverə" çevriləcək və böyük ehtimalla, Astral modelini xatırladacaqdır. Yeni Espace modelinin təqdimatı cari ilin yazında keçirilməlidir. Renault Espace modeli ən son Renault modellərinin üslubunda dizayna, beş-yeddi yerlik salona və elektrikləşdirilmiş aqreqatların böyük çeşidinə sahib olacaqdır.

Renault Espace miniveninin beşinci nəsli 2014-cü ildə debüt edib. İndi isə, doqquz ildən sonra, fransızlar altıncı nəslin təqdimatına hazırlaşırlar. Espace modelinin formatını kökündən dəyişəcəyi, miniven 5-7 yerlik salonu alacaq və sələfi ilə ümumi olan CMF-CD platformasında inşa ediləcəkdir. Renault şirkətindən gələcək Espace modelinin uzun səfərlər üçün hazırlanmış krossover olacağını da bildirilib.

Ümumiyyətlə, yeni Renault Espace modelinin dərc edilmiş tizeri və prototiplərinin şəkillərindən göründüyü kimi, o, daha çox ölçüsü böyüdülmüş Astral krossoverini xatırladacaqdır. İlk baxışdan,  promo-çarxda görünən yanıb-sönən işıqların hər iki modeldə eyni olduğu görünür. Mühərrik çeşidi də eyni olacaqdır: müxtəlif dərəcədə elektrikləşdirməli benzin aqreqatlarından tutmuş 48 voltluq startyor-generatoru olan 1,2-litrlik “turboüçlük” və tam ölçülü E-Tech hibrid qurğusu da bu çeşidə daxil ediləcəkdir.

Yeni Espace modelinin təqdimatı qarşıdan gələn yazda keçirilməlidir. Noyabr ayında isə, Renault birinci nəsil seriya miniveninin carçısı olan prototipin 40 illik yubileyini qeyd edəcəkdır. Maraqlı bir fakt: Fransada satışların başlandığı ilk ayda cəmi doqquz Espace satılmışdı, lakin 1984-cü ilin sonunda satış həcmi bir neçə min nüsxə təşkil etmişdi.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.