Renault şirkəti Clio RS “qaynar” hetçbekinin xüsusi modifikasiyasını təqdim edib. Renault Clio RS 18 adlanan modifikasiya fransız komandasının Formula 1 çempionatının yeni mövsümündə çıxış edəcək bolidinə həsr ediblər. Xatırladaq ki, Renault Sport komandası yeni bolidi təqdim etməyib.
Qara rəngə boyanmış xüsusi versiya sarı haşiyələrlə bəzədilibdir.
Sarı rəngi bamperlərdə, yan tərəflərdə və təkər topunun qapaqcıqlarında görmək olar. Hetçbekin salonunda dəri və alkantara ilə üzlənmiş oturacaqlar quraşdırılıb. Eyni materiallarla sükan çarxı da örtülübdür. Bundan başqa, avtomobilin kandarlarında onun xüsusi modifikasiyaya aid olduğu bildirən lövhəçiklər quraşdırlıb. Renault Clio RS 18 modelinin əsasını “qaynar” hetçbekin top-variantı olan Trophy versiyası təşkil edir.
Xüsusi modifikasiya baza modelindən gücü 200 at qüvvəsindən 220 at qüvvəsinə qədər artırılmış mühərriki, öndə 20 millimetr, arxada isə 10 millimetr azaldılmış klirens başqa yay və amortizatorları və fırlanma anını qısa müddətə 20 Nm artıran Torque Boost funksiyası ilə fərqlənir.Xüsusi modifikasiyadan olan Clio modelinin Avropadakı satışlarına bu ilin birinci yarısında başlanacaqdır.
Avtomobilin buraxılış tirajı elan edilməyib.