Renault şirkətinin yeni rəhbərliyi yaxın 12 ay ərzində Nissan şirkəti ilə birləşmək və aktivlərin tam birləşdirilməsi barədə danışıqları bərpa edəcəkdir. Əgər bu birləşmə baş tutarsa, dünya tarixində ən iri avtomobil istehsalçısının yaradılması ilə nəticələnəcəkdir. Bu planın tərkib hissəsindən biri Fiat Chrysler Automobiles konsernin alınması ola bilər.
"Bloomberg" nəşrinin yazdığına görə, Renault, Nissan və FCA şirkətlərinin birləşməsi Volkswagen Group və Toyota Motor kimi nəhənglərlə rəqabət aparmaq iqtidarında olan şirkətin yaradılmasına imkan verəcəkdir. FCA şirkəti ilə birləşmə haqqında vaxtı ilə alyansın sabiq başçısı Karlos Qon da söyləmişdi. Lakin, bu təklif markasının 15 faizlik səhm paketinə sahib olan fransız hökuməti tərəfindən qadağa qoyulmuşdu.
Bir müddət bundan öncə, PSA qrupunun üç iri səhmdarlarından biri olan Pejo ailəsi də FCA konsernin alınmasını dəstəkləməyə hazır olduğunu bildirib. Bu tərəfdaşlıq qrupun Şimali Amerikadakı mövqelərini möhkəmlətməyə, həmçinin Peugeot markasını bu bazarda yenidən satılması üçün konsernin geniş diler şəbəkəsindən istifadə etmək şansı da verərdi.