Renault şirkətinin Rusiya ofisi Rusiya və müvafiq olaraq Azərbaycan bazarında satışları başlanacaq ikinci nəsil Duster modeli barədə məlumatları dərc edib.
Yeni Renault Duster modelinin uzunluğu 26 millimetr artaraq 4341 millimetrə çatıb. Ofrouderin təkər bazasının uzunluğu da 2676 millimetrə qədər artıb. Bununla belə, avtomobilin eni və hündürlüyü dəyişilməz qalıb - müvafiq olaraq 1804 və 1682 millimetr.
Bundan başqa, Renault nümayədələri krossoverin həndəsi keçiş qabiliyyəti baxımından sinifində lider olaraq qaldığını iddia edirlər: Duster modelinin klirensi 210 millimetr, giriş və çıxış bucaqları isə, müvafiq olaraq 31 və 33 dərəcədir.
Krrossoverin eksteryerində baş vermiş dəyişikliklər arasında modernləşdirilmiş radiator barmaqlığı və yeni LED gündüz işığı olan ön fənərlər, daha maili alın şüşəsi, daha iri təkər tağları və yeni bir formada və fərqli tərtibata malik olan qabarit işıqları var. Renault şirkətinin Rusiya nümayəndəliyi modelinin interyer şəkillərini dərc etməyib.
Yeni Renault Duster modelinin mühərrik çeşidi barədə rəsmi məlumat verilməyib. Krossover 2,0-litrlik atmosfer mühərrikindən və dörd pilləli "avtomatdan" məhrum olacaqdır. Yeni modelin Arkana modelindən tanış olan 150 at qüvvəli 1,33-litrlik turbomühərrik ilə təchiz ediləcəyi ehtimal olunur.