Renault şirkəti növbəti nəsil Kangoo modelinin carçısı olan Kangoo Z.E. konseptini nümayiş etdirib. yeni nəsil Kangoo modelinin 2020-ci ildə konveyerdən çıxacağı ehtimal edilir.
Renault Kangoo konseptinin dizaynı fransız markasının yeni firma üslubunda yaradılıbdır. Avtomobil C-şəkilli formaya malik olan ön və arxa işıq texnikasına, ön hissə boyu uzanan və Reanult loqotipinin ətrafını sarıyan işıqlanan LED zolağa sahib olub. Eyni elementə arxa hissədə də rast gəlmək olar.
Elektrik furqonunun texniki içalatı barədə məlumat verilməyib. Cari nəsil Renault Kangoo Z.E. furqonu 60 at qüvvəsi hasil edən elektromotor və 33 kilovat-saatlıq batareya ilə təchiz edilir. Furqonun yürüş ehtiyatı 270 kilometrdir. Furqonun yeni nəslinin Mobyojedəki zavoda buraxılacağı planlaşdırılıb. Son beş il ərzində istehsalçı bu zavoda yarım milyon avro sərmayə qoyub.