Renault şirkəti yenilənmiş Kaptur krossoverini təqdim edib. Krossover yeni opsiyalara sahib olub. Modelin başlanğıc Life təchizat səviyyəsi R&Go mobil tətbiqi ilə işləyən Radio Connect audiosistemini əldə edib. Bu tətbiqin köməkliyi ilə məsafədən avtomobilin yürüyüşü, yanacaq sərfiyyatı, yolda sərf edilən vaxt barədə məlumat almaq, həmçinin avtomobili parkinqdə tapmaq olar.
Bundan başqa, ilk dəfə olaraq, Renault Kaptur yan güzgülərin avtoamtik qatlanma funksiyasına sahib olub. Əlavə ödənişlə Yandeks Auto multimedia kompleksini də sifariş etmək mümkündür. Bu günə qədər bu opsiya Play xüsusi versiyası üçün əlçatan idi.
Əvvəllər tam işıqdiodlarından fənərlər yalnız Extreme modifikasiyası üçün əlçatan idisə, artıq bu opsiyanı Style versiyası üçün də sifariş etmək olar. Drive və Style versiyaları üçün interyerin narıncı tərtibatı ilə yanaşı, qırmızı tərtibat elementləri olan tərtibat variantı da əlçatandır.