Renault Koleos modeli sonuncu dəfə 2019-cu ilin yayında yenilənməyə məruz qalmışdı. O zaman, krossoverin eksteryerində heç bir dəyişiklik olmamışdı. Bu dəfə, dizaynerlər bu çatışmamazlığı aradan qaldırmaq qərarına gəliblər. Bununla belə, eksteryerdə baş verən dəyişikliklər cuzi xarakter daşıyır.
Krossover tamamilə işıqdiodlarından hazırlanmış optikaya sahib olub. Fənərlər formalarını saxlayıblar, lakin fərqli içalata sahib olublar. Arxa fənərlər artıq 3D effektinə malikdirlər, dönmə siqnallarıisə “qaçan xətt” effektinə sahib olublar.
Bunlarla yanaşı, marketoloqlar Koleos modelinin Avropa bazarındakı mövqeləndirməsini yenidən nəzərdən keçiriblər və modifikasiya çeşidindən sadə variantları çıxarıblar. Artıq krossover yalnız Intens və Initiale Paris variantlarında təklif edilir. Hər iki təchizat səviyyəsi dəri salona və ağacı təqlid edən dekora malikdir. Eyni zamanda, yeni tərtibat rəngləri əlavə olunub.
Texniki hissədə baş vermiş ən vacib yeniliklər keçən yay təqdim edilmişdi. 150 at qüvvəli 1.7 dCi turbodizeli yerini 158 at qüvvəli 1,3 TCe turbomühərrikinə verib. Belə krossoverlər iki miutalı 7-pilləli EDC “robotu” və alternativsiz ön ötürmə ilə təklif edilirlər.
Bundan başqa, krossoveri variator və tam ötürmə sistemi ilə tandemdə çalışan 184 at qüvvəli 2.0 dCi turbodizeli ilə də sifariş etmək mümkündür. Belə güc aqreqatına sahib olan krossoverlər dağdan enmə köməkçisinə sahibdir və yalnız ən zəngin Initiale Paris səviyyəsində təklif olunurlar. Koreya istehsalı olan krossoverin satış qiyməti 42 min avrodan başlayır. Dizel mühərrikli top versiya üçün 49 min avro tələb olunur.