Renault şirkəti yenilənmiş Koleos krossoverini təqdim edib. Krossoverin eksteryeri xırda dəyişikliklərə məruz qalıb. Modelin təchizatına kürək hissəsi iki vəziyyətdə tənzimlənən arxa oturacaq cərgəsi, daha rahat ön oturacaqlar və Blue dCi ailəsindən olan yeni dizel aqreqatları daxil edilib.
Yenilənmiş Renault Koleos modelini yenilənmiş ön hissəsi sayəsində ayırd etmək olar. Krossover yeni radiator barmaqlığına, ön bamperin eni boyu uzanan xrom çubuğa və başqa formalı müdafiə əlavələrinə sahib olub.
Avtomobilin arxa hissəsində ölçüləri böyüdülmüş əlavə stop-siqnal və xrom dekor elementləri peyda olub. Salondakı yeniliklər daha rahat ön kreslolardan, tənzimlənən kürək hissəsi olan arxa oturacaq cərgəsindən, həmçinin «qara titan» və «qum bozu» rəngində dəri ilə tərtibat variantlarından ibarətdir.
Yenilənmiş Koleos modelinin mühərrik çeşidinə selektiv katalitik neytralizatoru olan 1,7 və 2,0 litrlik Blue dCi dizel aqreqatları daxil edilib. Birinci mühərrik 150 at qüvvəsi və 340 Nm, ikincisi isə 190 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edir. Hər iki mühərrik X-Tronic variatoru tandemdə çalışır. 2,0-litrlik mühərriklə təchiz edilmiş krossover oxlararası muftanın məcburi qapanması olan All Mode 4x4-i tam ötürməsi ilə də təchiz edilə bilər.
Yenilənmiş Renault Koleos modelinin təchizatına üfüqi və ya şaquli displeyi olan, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən, səslə idarələnən R-Link2 multimedia sistemi, 13 dinamiki olan Bose səs sistemi və təhlükəsizlik sistemləri kompleksi daxil edilib.
Yenilənmiş Renault Koleos modelinin qiyməti iyul ayında səsləndiriləcəkdir. Avtomobilin satışları oktyabr ayında başlanacaqdır.