F-1.az saytının yaydığıı xəbərdə Renault komandasının Fransanın paytaxtı Paris şəhərində mətbuat konfransı keçirdiyi və 2016-cı il mövsümü üçün hazırladıqları bolidi təqdim etdiyi bildirilmişdir. Beləliklə, Fransa təmsilçisi 2016-cı il bolidini təqdim edən ilk komanda olmuşdur. Komanda bu konfransda rəhbərliyini də təqdim etmişdir. Renault komandasının başçısı Siril Abitebul olacaq. Frederik Vassyör yarış direktoru, Bob Bell isə komandanın texniki direktoru olacaq. Mətbuat konfransında Renault-un yeni pilotları olan Kevin Maqnussen və Colion Palmer də təqdim olunublar.
Renault komandası həm də ehtiyat sürücülərini də təqdim edib. Bu, GP3 üzrə Dünya Çempionu titulunu qazanmış Esteban Okondur. Esteban Okonun 20 yaşı var. Fransalı sürücü 2014-cü ildə FIA European F3 seriyasında, 2015-ci ildə isə GP3 seriyasında Dünya Çempionu titullarını qazanıb. Karmen Xorda isə gələn il də komandada qalacaq. O Renault-nun təkmilləşdirmə üzrə pilotu olacaq.
Yeni bolidin təqdimat mərasimində Renault-Nissan inttifaqının prezidenti Karlos Qon da iştirak etmişdir. «Avtoidman yarışları elə əvvəlki kimi həyəcan vericidir - bunu həm həvəskarlar, həm bu yarışları təşkil edənlər, həm də hər gün sükan arxasında oturanlar gözəl bilir.
Bu gün biz də bu sahəni əhatə edən hərtərəfli düşünülmüş proqramımızı təqdim edirik. Formula 1 bizim proqramımızda əhəmiyyətli yerə malikdir və bizim şirkət bu yaxınlarda daxil olduğu bazarlarda Renault brendinin tanınmasının artırılmasına yönəlmişdir. Bundan başqa, yeni proqram yarış texnologiyalarını bizim seriya avtomobillərində istifadə etmək imkanlarını genişləndirəcək» - deyərək Qon çempionatın fransız şirkəti üçün nə dərəcədə vacib olduğunu bildirmişdir.