Renault öz brendi altında üç yeni furqonu buraxacağını elan edib və onlar bu yaxınlarda Flexis şirkəti (Renault Group, Volvo Group və CMA CGM nəqliyyat şirkətinin birgə müəssisəsidir) tərəfindən təqdim edilmiş avtomobillərin üzü dəyişdirilmiş versiyalarıdır.
Renault markası altında buraxılacaq versiyalar orijinallardan kiçik dizayn cizgiləri ilə fərqlənir və tarixi adlara malikdirlər: soldakı baza furqonu Renault Trafic, mərkəzdəki ən hündür furqon - Renault Estafette, sağdakı modul şassili furqon isə, Renault Goelette adlanır. Avtomobillər haqqında hələlik yeni məlumat verilməyib. Onlar Fransanın Sanduvill şəhərindəki Renault zavodunda istehsal ediləcəklər və istehsalın 2026-cı ilin ortalarında başlaması planlaşdırılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.