Fransız brendi yeni kupeşəkilli krossoverini Le Burje aviasalonunda təqdim edib və onu 1934-cü ilin yarış təyyarəsinin şərəfinə Rafale adlandırıb. Renault Rafale baş dizayner Jil Vidal tərəfindən hazırlanmış ilk modeldir və gələcək Renault yenilikləri üçün bir növ etalon sayıla bilər. 4,7 metrlik krossover yalnız E-Tech hibrid güc aqreqatları ilə təklif ediləcək, onun top versiyaları isə tam ötürməli olacaqlar.

Renault Rafale beş nəfərlik krossoverdir və üç oturacaq cərgəsi olan Escape krossoverindən cəmi bir santimetr qısadır. İki model əsasən unifikasiya olunub: krossover çoxqollu arxa asması və opsional tam idarələnən şassi olan CMF-C/D platformasına əsaslanır. Hər iki modelin təkər bazası eynidir (2738 millimetr).

Zahirən Espace və Rafale maksimal dərəcədə fərqli olsalar da, salonda unifikasiya heyrətamizdir: sürücü oturacağından krossoverləri səhv salmaq çox asandır. 12,3 və 12 düymlük L-formalı ekranları olan məlumat-əyləncə sistemi, simsiz enerji doldurma üçün böyük məkanlar, mərkəzdəki “təyyarə dəstəyi”, a əsasları yastılaşdırılmış sükan çarxı hər iki modeldə eynidir. Seçimlər arasında proyeksiya displeyi və dəyişən şəffaflıq dərəcəsi və uzunluğu 1,47 metr olan panoram dam var.

Baza versiyası üç elelktrik mühərriki, üçvallı ötürmələr qutusu və 1,2-litrlik turbomühərriki olan E-Tech plagin hibrididir. Sistemin pik hasilatı 200 at qüvvəsi, yürüş ehtiyatı ehtiyatı isə 1100 kilometrə bərabərdir. Ötürmə - ön oxadır. Belə Renault Rafale modeli kiçik, 2 kilovat-saatlıq dartma batareyasına və 400 voltluq elektrik sisteminə malikdir. Əlavə ödəniş müqabilində 300 at qüvvəli tam ötürməli plugin hibridi təklif edəcəklər. Tam ötürmə arxa oxdakı elektrik mühərriki ilə təmin olunur. 300 at qüvvəli plagin hibridin xüsusiyyətlərini daha sonra açıqlayacaqlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Renault Rafale gələn ilin yazında Avropa bazarına çıxacaqdır. Kross-kupenin istehsalına isə bu ilin sonunda başlanmalıdır. Onun əsas rəqiblər fransız fastbəkləri - Peugeot 408 və Citroen C5X modelləri olacaqlar. Əlbəttə ki, böyük alman üçlüyünün daha bahalı premium modelləri - Mercedes-Benz GLC Coupe, BMW X4 və Audi Q5 Sportback krossoverləri Renault kupe-krossu üçün əlçatmazdırlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.