Renault şirkəti Kwid hetçbekinin bazasında hazırlanacaq sedan layihəsinə yenidən yaşıl işıq yandırıb. Hindistanda satılan Kwid hetçbekinin bazasında inşa ediləcək sedanın yaxın zamanlarda fransız markasının model xəttinə daxil ola biləcəyi söylənilir. Yeni avtomobil ölçülərinə görə Logan modelindən kiçik olmalıdır.
İlkin məlumata əsasən yeni sedan Kwid modeli kimi CMF-A platformasında inşa ediləcəkdir. Sedanın uzunluğu dörd metri keçməyəcəkdir. Xatırladaq ki, renailt Logan 4359 millimetrlik uzunluğa malikdir. Yeni sedan mühərrik çeşidini də hindistanlı qardaşından irsən alacaqdır. Bunlar, 54 və 68 at qüvvəsi hasil edən 1,0-litrlik üçsilindrli atfosfer mühərrikləridir. Güc aqreqatı beş pilləli mexaniki və ya “robot” ilə tandemdə çalışır.