Renault şirkəti Megane e-Tech elektrokarının təqdimat tarixini və məkanını açıqlayıb. Elektromobilin əmtəə versiyası sentyabrda qapılarını ziyarətçilərin üzünə açacaq Münhen avtosalonunda təqdim olunacaqdır. Fransız istehsalçısı Megan e-Tech elektrokarı ilə yanaşı Renault 5 konseptini və “yaşıl” e-Tech xəttindən olan digər avtomobilləri nümayiş etdirməyi planlaşdırır.
Renault şirkəti artıq Megane e-Tech Electric adlanan kamuflyajlı prototipləri nümayiş etdirib. Elektromobilin əsasını Renault-Nissan-Mitsubishi alyansının yeni CMF-EV platforması təşkil edir. Qabaritlər baxımından, yeni model dördüncü nəsil Megane modelindən kiçikdir.
Seriya elektromobilinin 217 at qüvvəli elektrik mühərrikini və 60 kilovat-saatlıq tutumu olan batareyanı alacaqdır. Megane e-Tech hetçbeki WLTP dövrünə əsasən 450 kilometr məsafə qət edəcəkdir.
Hazırda Fransanın Due şəhərindəki zavodda 30 ədəd seriyaöncəsi elektrik avtomobili sınaqdan keçirilir. Elektrokarın tam ölçülü istehsalına sentyabr ayında adı çəkilən zavodda başlanacaqdır. Fransız istehsalçısı Due, Mobyoj və Ryuisdəki zavodları elektromobillərin istehsalı üzrə ixtisaslaşacaq Renault ElectiCity kompeksində birləşdirmək niyyətindədir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.