Bu gün Renault şirkətinin mətbuat xidməti Megane modelinin sonuncu nəslinin Estate adlanan universal kuzovlu variantının ilk fotoşəkillərini dərc etmişdir. Bir müddət bindan əvvəl, fransız şirkəti avtomobilin ilk tizerini yayaraq, fevaral ayının 22 tarixində Megane Estate modelini nümayiş etdirəcəyini bildirmişdir. Bununla bərabər, Renault şirkəti yeni avtomobil barədə geniş məlumat verməkdən imtina etmişdir. Fransız şirkəti avtomobil haqqında geniş məlumat verməkdən imtina etmişdir. Söylənilənlərə görə, Renault Megane Estate modelinin baqaj bölümünün tutumu 550 litr təşkil edəcəkdir ki, bu da hetçbek kuzovlu avtomobildəkindən 116 litr çox olacaqdır. Bundan əlavə, ikinci cərgədəki sərnişinlərin ayaq hissəsindəki məsafənin də genişləndiriləcəyi ehtimal olunur.
Renault şirkətinin mətbuat xidməti yeni universal 4Control tam idarəetməli şassi ilə təchiz ediləcəyini bildirmişdir. Avtomobilin eksteryer və interyerinin dizaynına gəldikdə isə, təsvirlərdən də göründüyü kimi, Megane Estate tamamilə hetçbek variantı ilə bənzərlik daşıyır.
Yeni universalın mühərrik qammasına hetçbek üçün təklif edilən güc aqreqatları daxil olacaqdır. Bunlar 100 - 130 at qüvvəsi arasında gücü olan üç dizel və üç benzin mühərrikləridir. Mühərriklər altı pilləli mexaniki sürətlər qutusu və ya yeddi pilləli iki muftalı «robot» ilə birgə çalışacaqdır.
Universalın 205 at qüvvəsi gücü olan mühərriklə təchiz edilmiş «qaynar» GT variantının olacağı da təsdiqini tapmışdır.
Bir daha xatırladırıq ki, Megane Estate modelinin geniş tamaşaçı kütləsi qarşısında rəsmi nümayişi mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır.