Renault şirkəti növbəti nəsil Megane R.S. «qaynar» hetçbekinin təqdimat tarixini açıqlamışdır. Yeni hetçbek 26 may tarixində Monakoda keçirilən Formula 1 üzrə Qran Prinin çərçivəsində nümayiş etdiriləcəkdir.
«Qaynar» hetçbek knyazlığın küçələrində yaradılmış trekdə Niko Hülkenberq sürəcəkdir. Bununla belə, istehalçı avtomobil barədə əlavə məlumat verməmişdir. Fransızlar Renault Megane R.S. modelinin Renault Sport komandasına məxsus olan sarı və qara rənglərə biyanacağını bildirmişdirlər. Eyni zamanda, əfsanəvi trekdə yürüş fransız markasının Formula 1 çempionatındakı 40 illik iştirakına həsr ediləcəkdir. Xatırlatmaq istərdik ki, Niko Hülkenberq Renault komandasında bu ildən çıxış edir.
Böyük ehtimalla yeni hetçbek tam idarəolunan şassiyə və 300 at qüvvəli mühərrikə sahib olacaqdır. Bu sıfırdan yaradılmış 2,0-litrlik turbomühərrik, və yaxud Alpine A110 sportkarında quraşdırılan 1,8-litrlik aqreqat ola bilər. Xatırladaq ki, 1,8-litrlik mühərrik 250 at qüvvəsi hasil edir. yeni mühərrik altı pilləli mexaniki və ya iki muftalı «robotla» tandemdə çalışacaqdır. 2016-cı ildə buraxılışına son verilmiş Megane R.S. modeli 265 və ya 275 at qüvvəli mühərriklərlə təchiz edilirdi.