Renault Megane RS TRophy-R trek hetçbekinin yeni nəsli Nürburqrinqin növbəti rekordunu qeydə alıb. Hetçbek treki 7 dəqiqə 40,100 saniyəyə qət edib və Honda Civic Type R modelinin nəticəsini dörd saniyə yaxşılaşdırıb.
Renault Megane RS Trophy-R 300 at qüvvəsi və 470 Nm fırlanma anı hasil edən 1,8-litrlik turbomühərrik ilə təchiz edilir. Eyni mühərrik ilə təchiz edilmiş Megane RS Trophy modeli yerindən 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir və 270 km/saat maksimal sürət həddinə malikdir. Bununla belə, Trophy-R arxa divan və klimatik sistemdən imtina sayəsində Trophy hetçbekindən 130 kiloqram yüngüldür. Avtomobil gücləndirilmiş əyləc mexanizmləri və daha sərt yayları olan yarış asqısı ilə təchiz edilir.
Renault Megane RS Trophy-R modelinin satışlarına bu ilin sonunda başalanacaqdır. Trek hetçbeki məhdud saylı tirajla buraxılacaqdır. Megane RS Trophy-R modeli Renault Sport, Akrapoviç, Brembo, Bridgestone, Öhlins və Sabelt firmaları ilə birlikdə hazırlanıb.
«Nordşlyayfenin» öndənçəkişli seriya avtomobilləri üçün əvvəlki rekordu Honda Civic Type R hetçbekinə məxsus olub. 320 at qüvvəli hetçbek «Şimal ilgəyini» 7 dəqiqə 43,8 saniyəyə qət edib. Yerindən 100 km/saat həddinə Civic Type R modeli 5,7 saniyəyə sürətlənir və 272 km/saat maksimal sürət həddinə malikdir.