Renault şirkəti rəsmi olaraq dördüncü nəsil Megane modelinin sedan kuzovlu variantını təqdim etmışdır. Yeni avtomobil fransız istehsalçısnın model xəttindəki Fluence sedanını əvəz edəcəkdir. Hetçbek və universal kuzovlu Megane modellərinın ardınca təqdim edilmiş sedan Renault-Nissan ittifaqının CMF modul platformasının modifikasiyasında yığılmışdır.

Yeni sedan son Renault modellərinə xas olan radiator barmaqlığı və C-formalı ön işıq texnikası ilə təchiz edilmişdir. Renault Megane sedan modelinin baqaj bölümü 508 litr yükgötürmə qabiliyyətinə malikdir. Sedan yeddi düymlük rəqəmsal cihazlar paneli, R-Link multimedia sisteminin 8,7-düymlük sensor ekranı və proyeksiya displeyi ilə təchiz edilir.

Sedanın mühərrik çeşidinə iki benzin və üç dizel mühərriki daxildir. Benzin mühərrikləri 115 at qüvvəli 1,6-litrlik atmosfer güc aqreqatı və 130 at qüvvəli 1,4-litrlik turbomühərriklə təmsil edilmişdirlər.

Bunlardan birincisi beş pilləli mexaniki sürətlər qutusu və ya variatorla, ikinci mühərrik isə, altı pillləli mexaniki və ya yeddi diapazonlu iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə təchiz edilir.

Dizel güc aqreqatları 90 və 110 at qüvvəli 1,5-litrlik və 130 at qüvvəli 1,6-litrlik mehərriklələ təmsil edilir. Dizel aqreqatlar yalnız altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilirlər.

Avtomobilin istehsalı Türkiyənin Bursa şəhərindəki zavodda təşkil ediləcəkdir. Sedan dünya üzrə 20 ölkədə satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt