Bir neçə gün bundan əvvəl, Alpine Visiom konseptiinin təqdimatı zamanı, Renault nüçmayəndələri yeni konseptlə bərabər Cenevrədə Megane modelinin Sport Tourer adlana universal tipli kuzov ilə olan modelinin təqdim ediləcəyini bildirmişdilər. Bu gün fransız istehsalçı yeni avtomobilin ilk tizerini dərc edərək söylənənləri təsdiq etmişdir. Bununla bərabər, Renault şirkəti yeni avtomobil barədə geniş məlumat verməkdən imtina etmişdir. Megane Sport Tourer modelinə gəldikdə isə, söylənilənlə görə universalın baqaj bölümünün tutumu 550 litr təşkil edəcəkdir ki, bu da hetçbek kuzovlu avtomobildəkindən 116 litr çox olacaqdır. İkinci cərgədəki sərnişinlərin ayaq hissəsindəki məsafənin də genişləndiriləcəyi ehtimal olunur.
Avtomobilin dizaynı, çox güman ki, hetçbek variantı ilə bənzərlik daşıyacaqdır. Yeni universalın mühərrik qammasına da hetçbek üçün təklif edilən güc aqreqatları daxil olacaqdır Bunlar 100 - 130 at qüvvəsi arasında gücü olan üç dizel və üç benzin mühərrikləridir. Mühərriklər altı pilləli mexaniki sürətlər qutusu və ya yeddi pilləli iki muftalı «robot» ilə birgə çalışacaqdır. Universalın 205 at qüvvəsi gücü olan mühərriklə təchiz edilmiş «qaynar» GT variantının da olacağı söylənilənlər arasındadır.
Avtomobilin onlayn təqdimatı 22 fevral tarixində keçirələkdir. Onun kütlə qarşısında rəsmi nümayişi mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır.